İdman
Hər şey göz qabağında idi - Rəşad Sadıqov
Oyun barədə çox danışmaq çətindir. Hər şey göz qabağında idi.
Axar.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
"Çoxlu qol epizodu yaratdıq. Üç-dörd oyuna bəs edəcək qədər qol imkanımız oldu. Təəssüf ki, top qapıdan keçmirdi. Hər iki oyunun gedişinə baxsaq, mərhələni keçməyə daha yaxın tərəf biz idik. Rəqibi təbrik edirəm", – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, "Payde" iki oyunun ümumi nəticəsinə əsasən "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Mənbə
axar.az