Siyasət
Avropanın təhlükəsizlik dilemması: Qitənin gələcəyi necə müəyyənləşdiriləcək?
Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə start verdiyi genişmiqyaslı müharibə Avropanın təhlükəsizlik sistemində "soyuq müharibə"nin bitməsindən sonra formalaşan bütün əsas fərziyyələri sarsıtdı. Son onilliklər ərzində Avropa qitəsində təhlükəsizlik arxitekturası əsasən NATO-nun hərbi təminatı, Avropa İttifaqının (Aİ) iqtisadi inteqrasiyası və ABŞ-nin liderliyi üzərində qurulmuşdu. Lakin müharibənin uzanması, Birləşmiş Ştatlarda Donald Tramp Administrasiyasının "qoca qitə"nin təhlükəsizliyinə münasibətdə daha praqmatik və şərtli yanaşması, Çin faktorunun güclənməsi və qlobal geosiyasi rəqabətin yeni mərhələyə keçməsi Avropanı özünüqoruma modelini yenidən nəzərdən keçirməyə məcbur edir. Bu gün əsas sual artıq Rusiyanın Ukraynada qalib gəlib-gəlməyəcəyi deyil. Əsas məsələ Avropanın ABŞ-dən asılı olmadan öz təhlükəsizliyini təmin edə biləcək institusional, maliyyə və hərbi imkanlara sahib olub-olmayacağıdır. Müharibə Avropanın təhlükəsizlik fəlsəfəsini necə dəyişdi? 1991-ci ildən sonra Avropada dominant yanaşma ondan ibarət idi ki, genişmiqyaslı dövlətlərarası müharibə artıq keçmişdə qalıb. Müdafiə xərcləri azaldılır, ordular kiçildilir, iqtisadi qarşılıqlı asılılığın isə müharibə riskini minimuma endirəcəyi hesab edilirdi. Rusiya-Ukrayna müharibəsi bu yanaşmanın yanlış olduğunu nümayiş etdirdi. Müharibə göstərdi ki, iqtisadi qarşılıqlı asılılıq müharibənin qarşısını alan universal mexanizm deyil. Avropa İttifaqının Rusiya ilə onilliklər ərzində qurduğu enerji əməkdaşlığı Moskvanın hərbi qərarlarına mane olmadı. Əksinə, enerji asılılığı bir müddət Kremlin mühüm siyasi təzyiq alətinə çevrildi. Bununla da məlum oldu ki, Avropada ənənəvi müharibə hələ də mümkündür, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Habelə kiberməkan, informasiya müharibəsi və süni intellekt artıq hərbi strategiyanın əsas komponentlərinə çevrilib, müdafiə sənayesinin istehsal gücü uzunmüddətli müharibələr üçün həlledici əhəmiyyət daşıyır. Bu səbəbdən Avropa ölkələrinin böyük hissəsi onilliklər sonra yenidən hərbi-siyasi strategiyasını dəyişməyə başladı.
ABŞ Avropadan daha çox məsuliyyət tələb edir Donald Trampın 2025-ci ildə ikinci dəfə hakimiyyətə gəlməsi transatlantik münasibətlərdə yeni qeyri-müəyyənlik yaratamağa başladı. O, NATO üzvlərinin müdafiəyə kifayət qədər vəsait ayırmadığını, ABŞ-nin Avropanın təhlükəsizlik yükünü təkbaşına daşımalı olmadığını dəfələrlə bildirdi. ABŞ Avropaya açıq şəkildə mesaj verir ki, qitənin təhlükəsizliyinin əsas maliyyə yükünü artıq avropalı müttəfiqlər öz üzərinə götürməlidirlər. Bu baxımdan hazırda Avropa İttifaqı müdafiə sənayesinin maliyyələşdirilməsi, birgə silah istehsalı və ehtiyatların artırılması, hərbi texnologiyaların inkişafı, Ukraynaya uzunmüddətli maliyyə və hərbi dəstəyin koordinasiyası istiqamətində əvvəlki dövrlərlə müqayisədə daha aktiv rol oynayır. Lakin Avropanın təhlükəsizlik gündəliyi təkcə Rusiya-Ukrayna müharibəsindən ibarət deyil. Çünki birincisi, hətta müharibə başa çatsa belə, Avropa Moskvanı yaxın onilliklər ərzində əsas təhlükəsizlik çağırışı kimi qiymətləndirəcək. İkincisi, kiberhücumlar, seçkilərə müdaxilə, dezinformasiya kampaniyaları və kritik infrastruktura qarşı təhdidlər artıq ənənəvi hərbi risklər qədər əhəmiyyətlidir. Üçüncüsü, müharibə göstərdi ki, Avropa uzunmüddətli intensiv hərbi əməliyyatlar üçün kifayət qədər sursat və silah istehsal gücünə malik deyil. Dördüncüsü, peyk sistemləri, strateji hava daşımaları, raketdən müdafiə, nüvə çəkindirməsi və kəşfiyyat sahəsində Avropa hələ də Vaşinqtonun imkanlarından ciddi şəkildə asılıdır. Beşincisi, miqrasiya, populizmin yüksəlişi, ifrat sağ və ifrat sol qüvvələrin güclənməsi ümumi təhlükəsizlik siyasətinin formalaşdırılmasını çətinləşdirir. Yəni beynəlxalq sistem artıq tədricən post-soyuq müharibə dövründən çıxır. 1990-cı illərdə ABŞ-nin dominantlığı üzərində qurulan nizam yerini daha rəqabətli və çoxmərkəzli sistemə verir. Bu sistemdə Vaşinqton isə diqqətini daha çox fərqli regionlara yönəldir, Çin qlobal iqtisadi və texnoloji rəqib kimi mövqeyini gücləndirir, Rusiya hərbi güc vasitəsilə geosiyasi təsirini qorumağa çalışır, Avropa isə ilk dəfə olaraq öz təhlükəsizliyinin əsas təminatçısına çevrilmək zərurəti ilə üz-üzə qalır. Buna görə də qarşıdakı onillikdə Avropanın əsas vəzifəsi yalnız Rusiyadan çəkindirmə siyasətini gücləndirmək deyil, həm də Birləşmiş Ştatlarla strateji tərəfdaşlığı qoruyaraq daha müstəqil və dayanıqlı təhlükəsizlik sistemi qurmaq olacaq.
Bəs "Avropa ordusu" ideyası nə dərəcədə realdır? Avropa səviyyəsində "strateji muxtariyyət" termini 2013-cü ildə işlənilib. Bu istiqamət daha sonra 2022-ci ildə qəbul edilən və Avropa müdafiəsinə dair Avropa İttifaqının Strateji Kompası adlanan sənəddə də təsdiqləndi. Fransa Prezidenti Emmanuel Makron uzun illərdir Avropanın "strateji muxtariyyəti" konsepsiyasını müdafiə edir. Bu yanaşmaya görə, Avropa NATO-ya sadiq qalmaqla tam asılı olmadan Avropanın imkanları gücləndirilməlidir. Hazırkı mərhələdə Avropanın təhlükəsizlik arxitekturası İkinci Dünya müharibəsindən sonra ən dərin transformasiya dövrünü yaşayır. Bu nöqteyi-nəzərdən qarşıdakı mərhələ Avropa üçün əsas sınaq dövrü olacaq. Qitənin gələcək təhlükəsizlik modeli yalnız hərbi büdcələrin artımı ilə deyil, müdafiə sənayesinin gücləndirilməsi, texnoloji innovasiyalar, siyasi həmrəylik və transatlantik münasibətlərin yeni balansının necə qurulacağı ilə müəyyənləşəcək.

Mənbə
oxu.az
Oxşar Xəbərlər