İdman

Ançelottidən etiraf: "Norveçlə oyunda su fasiləsində taktiki səhvə yol verdik"

30 Jul 2026, 19:48 35 baxış
Ançelottidən etiraf: "Norveçlə oyunda su fasiləsində taktiki səhvə yol verdik"
"Komandamız dünya çempionatında qalib gəlmək şanslarını 1/8 finalda Norveçə qarşı keçirilən matçdakı su fasiləsi zamanı əldən verib". Oxu.Az xəbər verir ki, bunu Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti ESPN-ə açıqlamasında bildirib. "Həmin anadək komanda oyuna tam nəzarət edirdi. Su fasiləsi zamanı taktikanı dəyişməklə böyük səhvə yol verdik. Mənim səhvim yəqin ki, komandanın oyuna nəzarəti itirdiyini düşündüyüm an oldu, baxmayaraq ki, vəziyyət tamamilə fərqli idi. Heyətdə bəzi dəyişikliklər etdim və bundan dərhal sonra Erlinq Holandla bağlı problemimiz yarandı", - deyə Ançelotti etiraf edib. Xatırladaq ki, su fasiləsindən sonra Holand dubla imza atıb və Braziliya Norveçə 1:2 hesabı ilə məğlub olaraq 1990-cı ildən bəri ilk dəfə dünya çempionatının 1/4 finalına vəsiqə qazana bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər