Cəmiyyət
Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner - Foto
İyulun 30-da Prezident İlham Əliyevin dövlət səfəri etdiyi Çolpon-Atada (Qırğızıstan) Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığına həsr olunmuş tematik bannerlər quraşdırılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, bannerlərdə Azərbaycan və Qırğızıstan bayraqları, eləcə də qırğız və Azərbaycan dillərində yazısı yerləşdirilib.
"Mərkəzi Asiya və Azərbaycan: əməkdaşlıq üçün yeni imkanlar", - yazıda qeyd olunub.
Mənbə
axar.az