Cəmiyyət
Uşaqlar üçün 300 min doza vaksin alınacaq: 13 milyon manata yaxın PUL XƏRCLƏNDİ
Səhiyyənin Təminat Mərkəzi publik hüquqi şəxsi pnevmokok (PCV13) vaksinlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin qiyməti 12 milyon 879 min manat olub. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə 300 min ədəd birdozalı şprisdə pnevmokok (PCV13) vaksini alınıb.
Mənbə
oxu.az