İdman

"Sabah"ın oyunu DÇ-2026-ya təyinat almış hakimə tapşırıldı

30 Jul 2026, 15:16 18 baxış
"Sabah"ın oyunu DÇ-2026-ya təyinat almış hakimə tapşırıldı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin təkrar oyunları çərçivəsində baş tutacaq "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Məlumata görə, qarşılaşmanı Juan Pineyrunun rəhbərliyi altında portuqaliyalı hakimlər briqadası idarə edəcək. Təcrübəli referi DÇ-2026-da üç oyuna təyinat almışdı. Qeyd edək ki, Danimarka klubu ilə ilk görüş avqustun 5-də səfərdə, cavab matçı isə avqustun 11-də Bakıda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər