Cəmiyyət

59 yaşlı kişi evində faciəvi şəkildə öldü

30 Jul 2026, 15:02 9 baxış
59 yaşlı kişi evində faciəvi şəkildə öldü

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Livədirqə kəndində baş verib.


Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.


Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər