Digər

İran ABŞ-ın üç F-35-ni vurdu

30 Jul 2026, 15:20 21 baxış
İran ABŞ-ın üç F-35-ni vurdu

İranın İordaniyadakı “Əl-Əzraq” aviabazasına endirdiyi zərbə nəticəsində ABŞ-ın 3 ədəd F-35 təyyarəsi məhv edilib.


Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.


ABŞ-ın Qeşm adasına endirdiyi və iki şəxsin həlak olduğu zərbəyə cavab olaraq, SEPAH-ın İordaniyadakı “Əl-Əzraq” aviabazasına hücum etdiyi bildirilib.


Məlumata görə, ABŞ-ın F-35 qırıcılarının yerləşdiyi aviabazadakı perron və texniki xidmət anqarı bir neçə ballistik raketlə hədəfə alınıb.


Hücum nəticəsində üç F-35 qırıcısı tamamilə məhv edilib, daha üç təyyarəyə isə ciddi ziyan dəyib.


Bəyanatda həmçinin bildirilib ki, hücum zamanı amerikalı zabitlər və texniki xidmət heyətinin üzvləri də öldürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər