Digər
Azərbaycanlı avtobus sürücüsü Polşada həbs olundu
Polşanın cənubunda 63 yaşlı azərbaycanlı avtobus sürücüsü həbs olunub.
Axar.az xəbər verir ki, bu barədə Polşanın mətbuatı məlumat yayıb.
Məlumata görə, sürücü sükan arxasında pivə içərək sərnişin daşıyarkən saxlanılıb.
Sürücüyə 6 ay həbs cəzası verilib və altı il müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.
Test zamanı 63 yaşlı sürücünün orqanizmində 2,75‰ alkoqol olub. Bu da Polşanın qanuni 0,2‰ sürücülük limitindən çoxdur.
Mənbə
axar.az