Cəmiyyət
Masazırda sakinlər zibillikdən şikayətlənirlər: "Günlərdir daşınmır" - FOTO
Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov və Akim Abbasov küçələrində yaşayan sakinlər antisanitar vəziyyətdən narazıdırlar. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) məlumat daxil olub. Qeyd edilib ki, məişət tullantıları günlərdir daşınmır, ətrafı üfunət bürüyüb. Sakinlər yaranmış vəziyyətin aradan qaldırılmasını və tullantıların ərazidən yığışdırılmasını xahiş edirlər. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az