İdman
İspaniya Superkuboku İstanbulda keçiriləcək - RƏSMİ
2027-ci ildə futbol üzrə İspaniya Superkuboku İstanbulda baş tutacaq. Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının (RFEF) mətbuat xidməti rəsmi məlumat yayıb. Nüfuzlu titul uğrunda "Real Madrid", "Barselona", "Real Sosyedad" və "Atletiko Madrid" klubları qüvvəsini sınayacaq. Möhtəşəm qarşılaşmalara təxminən 75 min tamaşaçı tutumuna malik Atatürk Olimpiya Stadionu ev sahibliyi edəcək. Qeyd edək ki, turnir fevralın 2-dən 7-dək təşkil olunacaq.
Mənbə
oxu.az