Dünya
İtaliyada vulkan püskürməsi: Altı gün ərzində 700-dən çox uçuş ləğv edilib - FOTO - VİDEO
İtaliyanın Siciliya adasının Kataniya şəhərində yerləşən hava limanı Etna vulkanının püskürməsi nəticəsində yaranan kül buluduna görə uçuşları yenidən dayandırıb. Ümumilikdə son altı gün ərzində 700-ə yaxın reys ləğv edilib. Oxu.Az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Avqustun 13-ü səhər saatlarında Kataniya aeroportunun rəhbərliyi bəyan edib ki, vulkanik aktivlik səbəbindən hava limanı avqustun 14-ü gecə saat 2-yə qədər təyyarələrin qəbulunu və yola salınmasını həyata keçirə bilməyəcək. Sərnişinlərdən hava limanına gəlməzdən əvvəl öz reyslərinin statusunu yoxlamaları xahiş olunub. Avqustun 8-dən etibarən Etnanın davam edən püskürməsinə görə Kataniyada təxminən 700 uçuş təxirə salınıb ki, onlardan 52-si cümə axşamına təsadüf edir. Əlavə olaraq 400-dən çox reys Siciliyanın digər hava limanlarına - Komizo, Palermo və Trapaniyə yönləndirilib, lakin orada da vəziyyət qeyri-müəyyən olaraq qalır. Uçuş qrafiklərində yaranmış bu nizamsızlıq onminlərlə sərnişinin planlarına mənfi təsir göstərib. İtaliyanın mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi bildirib ki, yaranmış vəziyyət Siciliyada hər zamankı problemi yenidən gündəmə gətirib. Etna vulkanından qalxan kül buludu təkcə İtaliyada deyil, həm də Maltada hava əlaqəsində fasilələrə səbəb olub.
{{gallery}}

Mənbə
oxu.az
Oxşar Xəbərlər