Cəmiyyət

Sumqayıtda yararsız dayanacaq narazılıq yaratdı - AYNA cavab verdi

30 Jul 2026, 14:04 9 baxış
Sumqayıtda yararsız dayanacaq narazılıq yaratdı - AYNA cavab verdi
Sumqayıt şəhərində avtovağzal ərazisində yerləşən ictimai nəqliyyat dayanacağının yararsız vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Bildirilib ki, şəhərin mərkəzində yerləşən dayanacaq uzun müddətdir qəzalı və istifadəyə yararsız vəziyyətdədir. İddialara görə, buna baxmayaraq, dayanacağın yenilənməsi və ya təmiri istiqamətində indiyədək heç bir tədbir görülməyib. Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) fakt təsdiqlənib. "Bu, Sumqayıtda daha əvvəl quraşdırılan dayanacaqdır və həm onun, həm də ərazidəki səkinin vəziyyəti qənaətbəxş deyil. Qeyd etmək istərdik ki, Sumqayıt şəhərində avtobus dayanacaqları AYNA-nın səlahiyyətinə 28 noyabr 2025-ci il tarixindən keçib. Sumqayıt şəhərində təhlil aparılıb və yaxın vaxtlarda bu dayanacaq daxil 20-dən çox dayanacaq dəyişdiriləcək", - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər