İdman

Renat Dadaşov klubsuz qaldı

30 Jul 2026, 13:51 19 baxış
Renat Dadaşov klubsuz qaldı

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb.


Axar.az xəbər verir ki, bu barədə Azərtac-a yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.


Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib:


"Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı".


Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" klubunda çıxış edib. Onun müqaviləsinin müddəti bu il iyulun 15-də başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər