Cəmiyyət
Yevlaxda 16 yaşlı qız zəhərlənmədən ÖLDÜ
Yevlax rayonunda 16 yaşlı qız zəhərlənmədən ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisə nəzarət altında saxlanılır: "Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək". Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyulun 28-i saat 17:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Əsgərova küçəsi ərazisindən çağırış qeydə alınıb: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb".
Mənbə
oxu.az