Digər

Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi

30 Jul 2026, 12:50 17 baxış
Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.


Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.


"Biz bazar günü (2 avqust - red.) istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir", - o bildirib.


Baş nazir xatırladıb ki, parlamentin yeni tərkibdəki ilk iclası günü köhnə hökumət istefa verir:


"Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək".


Qeyd edək ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın təmsil etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər