Digər

ABŞ Qeşm adasını vurdu: bir ailənin 3 üzvü öldü

30 Jul 2026, 11:01 22 baxış
ABŞ Qeşm adasını vurdu: bir ailənin 3 üzvü öldü

ABŞ-ın İranın Qeşm adasına endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 3 üzvü ölüb.


Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə qubernator müavini Əhməd Nəfisi məlumat verib.


Onun sözlərinə görə, Qeşm şəhərinin Çah-Təngu məhəlləsində yerləşən yaşayış evinin dağıntıları altından eyni ailənin üç üzvünün – ata, ana və bir uşağın meyiti çıxarılıb.


Bildirilib ki, ailənin daha iki övladı hadisənin ilk dəqiqələrində yaralı halda xilas edilərək müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.


Əhməd Nəfisi qeyd edib ki, axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri başa çatdırılıb, dağıntılar altında qalan bütün şəxslər aşkar edilərək çıxarılıb.


Qeyd edək ki, ABŞ ordusu cümə axşamı Bakı vaxtı ilə saat 04:00 radələrində Qeşm adası yaxınlığındakı əraziyə hava zərbələri endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər