Cəmiyyət
Daha bir poliklinikanın baş həkimi İŞDƏN ÇIXARILDI
Paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının baş həkimi Şəlalə Zakir qızı Səfərova vəzifəsindən azad edilib. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Hələlik baş həkim vəzifəsinə yeni təyinat olmayıb. Xatırladaq ki, ötən gün 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova da işdən çıxarılıb.
Mənbə
oxu.az