İdman

Avropa Liqası: "Qarabağ" MOİK-ə qarşı

30 Jul 2026, 10:02 17 baxış
Avropa Liqası: "Qarabağ" MOİK-ə qarşı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.


Axar.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" Bolqarıstanda MOİK-in qonağı olacaq.


Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FİFA referisi Brem van Drisş idarə edəcək.


Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər