Digər

İranın 6 şəhərində əməliyyat: 15 nəfər həbs edildi

30 Jul 2026, 10:40 18 baxış
İranın 6 şəhərində əməliyyat: 15 nəfər həbs edildi

İranın Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində əməliyyatlar keçirilib.


Axar.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.


Məlumata görə, keçirilən əməliyyat nəticəsində dörd qruplaşma ifşa olunub və 15 nəfər həbs edilib. Zahidan, Təftan, Xaş, İranşəhr, Qəsrqənd və Çabahar şəhərlərində saxlanılan şəxslərin İsrail və ABŞ-la əlaqəli olduqları bildirilib.


Adları açıqlanmayan şəxslərdən çox sayda silah-sursat və partlayıcı maddələrin götürüldüyü iddia olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər