İdman

"Fənərbağça" Çempionlar Liqasında növbəti mərhələyə adladı - VİDEO

30 Jul 2026, 00:18 26 baxış
"Fənərbağça" Çempionlar Liqasında növbəti mərhələyə adladı - VİDEO
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qurnik" (Polşa) və "Fənərbağça" (Türkiyə) klubları arasında cavab oyunu başa çatıb. Oxu.Az xəbər verir ki, görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Qarşılaşmada hesabı İstanbul təmsilçisindən Anderson Taliska açıb. O, 12-ci dəqiqədə penaltidən fərqlənib. Ev sahiblərindən Saçek 45+10-cu dəqiqədə hesaba tarazlıq gətirib. Tərəflər arasında ilk oyun 1:0 hesabı ilə "Fənərbağça"nın qələbəsi ilə başa çatmışdı. İki görüşün yekununda İstanbul təmsilçisi növbəti mərhələyə keçib. "Fənərbağça" növbəti mərhələdə Avstriyanın "Şturm Qraz" klubu ilə üz-üzə gələcək. İlk oyun avqustun 4-də, cavab matçı isə avqustun 11-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər