İdman
Abdulrəhman Hüseynli: "Azərbaycanda çempion olmalı idim"
"Azərbaycanda çempion olmalı idim, azarkeşlərimizin qarşısında məsuliyyət daha böyük idi". Oxu.Az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında U17 dünya çempionatında gümüş medal qazanan Abdulrəhman Hüseynli (51 kq) deyib. O bildirib ki, görüşə aktiv başlamaması onun məğlubiyyətinə səbəb olub: "Lakin qarşıda illərim var. Yenidən hazırlaşıb dünya çempionu olmağa çalışacağam. Səhvlərə görə qızıl medal əldən getdi".
Mənbə
oxu.az