İdman

"Zirə"nin matçının biletləri nə vaxt satışa çıxarılır?

29 Jul 2026, 18:52 20 baxış
"Zirə"nin matçının biletləri nə vaxt satışa çıxarılır?

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Payde" (Estoniya) oyununun biletləri sabah satışa çıxarılacaq.


Bu barədə Axar.az-a klubun mətbuat xidmətindən bildirilib.


Saat 12:00-dan etibarən Sumqayıt şəhər stadionunun kassasında satışda olacaq biletlərin qiymətləri sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.


Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Tərəflər arasında ötən həftə baş tutan ilk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər