İdman

İnfantino FİFA-nı Trampın qohumuna satır?

29 Jul 2026, 15:25 18 baxış
İnfantino FİFA-nı Trampın qohumuna satır?

Avropanın futbol federasiyaları FİFA Dünya Çempionatını boykot etməyi müzakirə edirlər.


Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.


Məlumata görə, buna səbəb FİFA prezidenti Canni İnfantinonun qurumun bir hissəsini özəl investorlara satmaq planıdır.


FİFA təsdiqləyib ki, “FİFA Forward Enterprise” (“FİFA İnkişaf Müəssisəsi”) adlı 20 milyard dollarlıq törəmə şirkət yaratmaq və onun 20 faizdən çox payını kənar investorlara satmaqla, 4,2 milyard dollar vəsait cəlb etmək niyyətindədir.


Təklif olunan aparıcı investor qrupu amerikalı iş adamı Coş Kuşnerin rəhbərlik etdiyi “Thrive Eternal” (“Əbədi İnkişaf”) şirkətidir.


Qeyd edək ki, Coş Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər