İdman

Dünya çempionatı: Komandamız üçün iki "qızıl" şansı, qadınlar mübarizəyə qoşulurlar

29 Jul 2026, 10:18 14 baxış
Dünya çempionatı: Komandamız üçün iki "qızıl" şansı, qadınlar mübarizəyə qoşulurlar
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının üçüncü gününə start verilir. Oxu.Az-ın məlumatına görə, bu gün qadın idmançılar mübarizəyə qoşulacaqlar. Qadınlardan ibarət millinin dörd üzvü xalça üzərinə çıxacaq. 1/8 final 43 kq Vəfa Orucova - Valia Harsan (Rumıniya) 49 kq Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya) Təsnifat mərhələsi 57 kq Qaratel Quliyeva - Delya Qisler (İsveçrə) 65 kq Rəna Nuriyeva - Silviya Espinoza Munis (Meksika) Bundan başqa, yunan-Roma güləşçilərinin medal görüşləri də keçiriləcək. Azərbaycanın iki təmsilçisi qızıl medal uğrunda mübarizə aparacaq. Belə ki, Əli Cavadlı (45 kq) Raylen Bezer Voksla (ABŞ), Abdulrahman Hüseynli (51 kq) isə Bunyod Hasanovla (Özbəkistan) üz-üzə gələcək. Elmir Çərkəzov (60 kq) isə "bürünc" uğrunda döşəyə çıxacaq. Zöhrab Səfərov da təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər