Dünya

Norveç sahillərində kükürd turşusu daşıyan tanker yanıb

29 Jul 2026, 01:12 2 baxış
Norveç sahillərində kükürd turşusu daşıyan tanker yanıb
Norveç sahillərində kükürd turşusu daşıyan gəmidə yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb. Məlumata görə, uzunluğu 120 metr olan gəmidə partlayış baş verib. Hadisə barədə yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 17:30) şahidlər məlumat veriblər. İlkin məlumata əsasən, partlayış gəmidəki boş çənlərdən birində baş verib və tankerin daşıdığı yükə ziyan dəyməyib. Polisin məlumatına görə, yanğın təxminən saat 17:50-də tam söndürülüb. Gəmidə olan 15 ekipaj üzvündən heç biri xəsarət almayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər