Dünya

Husilər Səudiyyə Ərəbistanının neft tankerinə raketlərlə hücum ediblər

28 Jul 2026, 22:30 2 baxış
Husilər Səudiyyə Ərəbistanının neft tankerinə raketlərlə hücum ediblər
Yəmənin "Ənsar Allah" hərəkatına mənsub husilər Səudiyyə Ərəbistanına məxsus "NCC Ghazal" neft tankerinə ballistik raketlərlə zərbə endirdiklərini bəyan ediblər. Oxu.Az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Saria özünün "Telegram" kanalında paylaşım edib. "Dəniz gəmiçiliyinə tətbiq olunan qadağanı pozduğuna və xəbərdarlıqlara məhəl qoymadığına görə Səudiyyə Ərəbistanına məxsus "NCC Ghazal" neft tankerinə bir neçə ballistik raketlə hücum edərək hərbi əməliyyat həyata keçirdik", - deyə o bildirib. Üsyançıların nümayəndəsinin sözlərinə görə, raket zərbəsindən sonra tanker kursunu dəyişməyə məcbur olub. Saria həmçinin vurğulayıb ki, husilər "mühasirəyə qarşı mühasirə, hərtərəfli gərginliyə cavab olaraq isə hərtərəfli gərginlik" prinsipi əsasında Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasını davam etdirəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər