Dünya
Tramp-Netanyahu görüşünün detalları açıqlandı
Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən danışıqların əsas mövzusu İran olub. Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı yüksəkvəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, təxminən bir saat davam edən görüş səmərəli keçib. "Görüş çox yaxşı keçdi. Liderlər gündəlikdə olan bütün məsələləri, ilk növbədə isə İranı müzakirə etdilər. Onlar İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiq olduqlarını bir daha təsdiqlədilər. Həmçinin İsrail ilə ABŞ arasında möhkəm tərəfdaşlıq və Yaxın Şərqdə yaranan müxtəlif imkanlar müzakirə olundu", - deyə telekanalın həmsöhbəti bildirib. "N12" qeyd edir ki, iki liderin danışıqlarında Vaşinqton administrasiyasının demək olar ki, bütün yüksəkvəzifəli nümayəndələri iştirak ediblər. ABŞ tərəfdən görüşdə vitse-prezident Cey. Di. Vens, dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər.
Mənbə
oxu.az