İdman
Premyer Liqanın ən hündürboylu futbolçusu "İpsviç Taun"a keçdi
"İpsviç Taun" İngiltərə Premyer Liqası tarixinin ən hündürboylu futbolçusu olan qapıçı Kyell Sxerpenin transferini rəsmən açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı niderlandlı qapıçının boyu 206 santimetrdir. Sxerpen Belçikanın "Yunion Sen-Jilluaz" klubundan transfer olunaraq "İpsviç Taun"la dördillik müqavilə imzalayıb. Beləliklə, o, "Çelsi"nin sabiq qapıçısı Lukas Berqströmə məxsus olan İngiltərə Premyer Liqasının ən hündürboylu futbolçusu rekordunu yeniləyib. Berqströmün boyu 205 santimetr idi. "Yunion Sen-Jilluaz"a keçməzdən əvvəl Sxerpen "Ayaks", "Brayton", "Ostende", "Vitess" və "Şturm" klublarında da çıxış edib.
Mənbə
oxu.az