İdman

Dünya çempionatında Azərbaycana ilk medalları onlar qazandırdı

28 Jul 2026, 19:18 15 baxış
Dünya çempionatında Azərbaycana ilk medalları onlar qazandırdı

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.


Axar.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Giorgi Çikvadzeyə 7:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Orxan Həbibli də bürünc medal qazanıb.


65 kiloqram çəki dərəcəsində çıxış edən idmançı hindistanlı Kunal Daqalı 7:5 hesabı ilə məğlub edərək fəxri kürsüyə qalxıb.


Daha əvvəl Ömər Salmanov (48 kiloqram) mundialda 3-cü yeri tutub.


Bu gün, həmçinin İsfahan Həsənov (80 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.

Mənbə axar.az

Oxşar Xəbərlər