Dünya

Barselona metrosunda qatarda yanğın: 136 nəfər xəsarət aldı - VİDEO

28 Jul 2026, 08:50 19 baxış
Barselona metrosunda qatarda yanğın: 136 nəfər xəsarət aldı - VİDEO
Barselona metrosunda qatarda baş verən yanğın nəticəsində ən azı 136 nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.

"Yanğınsöndürənlər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə sərnişinləri qatardan təxliyə ediblər və qısa müddətdə yanğın söndürülüb. Təcili tibbi yardım briqadaları 136 nəfərə yardım göstəriblər, onlardan 39-u yüngül və ya orta ağır vəziyyətdə xəstəxanalara çatdırılıb", - deyə yanğınsöndürmə xidmətinin saytındakı açıqlamada bildirilir. Vurğulanır ki, hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə sözügedən metro xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər