Dünya

Tacikistanda hicab və saqqal qadağan edildi

28 Jul 2026, 01:00 2 baxış
Tacikistanda hicab və saqqal qadağan edildi
Tacikistan hökuməti dini ekstremizmlə assosiasiya olunan saqqalın saxlanılmasının, qara hicab və ərəb paltarının geyinilməsinin milli ənənələrə uyğun gəlmədiyini əsas gətirərək qanunvericilik səviyyəsində qadağa qoyub. Oxu.Az bu barədə Nuz.uz saytına istinadən xəbər verir. Tədbirlər dini radikalizm və ekstremizmə qarşı mübarizəyə yönəlib. Hüquq-mühafizə orqanları qadağaya əməl olunmasına nəzarəti gücləndirib, əhali arasında isə maarifləndirmə işləri aparılır. Hökumət orqanları vurğulayırlar ki, bu cür qərarlar milli kimliyin qorunub saxlanılması üçün qəbul edilib. "Tacik mədəniyyətinə yad" kimi qiymətləndirilən geyimlərin gətirilməsinə və geyilməsinə qoyulan qadağaya xüsusi diqqət yetirilir. Yerli hökumət orqanlarının nümayəndələri qadınları ənənəvi tacik geyimlərinə üstünlük verməyə çağırırlar. Saqqal saxlayan kişilərə də onları qırxmaq tövsiyə olunub.
Tacikistanda hicab və saqqal qadağan edildi
Mənbə oxu.az

Oxşar Xəbərlər