Cəmiyyət

Sabiq prokuror qəfil öldü - Foto

27 Jul 2026, 14:19 20 baxış
Sabiq prokuror qəfil öldü - Foto

Azərbaycan Respublikasının Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib.


Axar.az "Şimal Nyus"a istinadla xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib.


1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan Füzuli Musayev əmək fəaliyyəti dövründə Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala Rayon Prokurorluğunda isə prokuror müavini vəzifəsində çalışıb.


O, sonrakı illərdə Sabirabad və Şamaxı rayonlarının prokuroru, həmçinin prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib.

Mənbə axar.az

Oxşar Xəbərlər