Cəmiyyət
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ: Dalğa artacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, iyulun 28-də arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq. Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.
Mənbə
oxu.az