Cəmiyyət

Bakıda güclü külək bu vaxt zəifləyəcək

27 Jul 2026, 13:06 9 baxış
Bakıda güclü külək bu vaxt zəifləyəcək

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti 28 iyul gündüz saatlarında tədricən mülayimləşəcək.


Bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.


Onun sözlərinə görə, hazırda küləyin maksimal sürəti 28 metr saniyəyə qədər yüksəlir.


Güclü şimal-qərb küləyi gün ərzində davam edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər