Cəmiyyət

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

27 Jul 2026, 12:08 9 baxış
Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO
Bakı şəhərinin Buzovna-Zuğulba yolunda avtomobil qəzası baş verib. Oxu.Az xəbər verir ki, qəza anını əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb, hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyib.
O qeyd edib ki, qəza ötən gün saat 18:30-da Buzovna-Zuğulba yolunda qeydə alınıb. "Loğman Nadir oğlu Osmanovun idarə etdiyi 77-EB-599 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobillə Ramin Vaqif oğlu Aslanovun idarə etdiyi 77-DR-215 dövlət qeydiyyat nişanlı BYD toqquşub. Nəticədə "Niva"nın sürücüsü L.Osmanov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər