Cəmiyyət

Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi

27 Jul 2026, 12:12 9 baxış
Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi
Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış daxil olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumata görə, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisindən daxil olan çağırış zamanı bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib: "Həmçinin saat 10:25-də Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub".
Mənbə oxu.az

Oxşar Xəbərlər