Cəmiyyət

Bakıda güclü külək: xəsarət alanlar var

27 Jul 2026, 12:15 1 baxış
Bakıda güclü külək: xəsarət alanlar var

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış qeydə alınıb.


Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.


Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər