Cəmiyyət
Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü
Ağdamın Kəngərli və Papravənd kəndlərində açıq sahələrdə yanğınlar söndürülüb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. Xatırladaq ki, Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat iyulun 23-də, Papravənd kəndi ərazisində minalanmış sahədə yanğın olması barədə xəbər isə iyulun 25-də yayılmışdı.
Mənbə
oxu.az