Dünya
İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI
İranla baş verən hərbi toqquşmalarda Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələrinin 624 hərbçisi yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "New York Times" nəşri məlumat yayıb. Qəzet Pentaqonun son hesabatlarına istinad edir. ABŞ-nin Hərb Nazirliyi itkilərlə bağlı statistik göstəriciləri ayrı-ayrılıqda dərc etməyə başlayıb. Bu zaman həm fevralda başlayan əməliyyatın ilk günlərindən, həm də gərginliyin növbəti mərhələsinin start götürdüyü 7 iyuldan etibarən toplanan məlumatlar nəzərə alınıb. Hərbi mənbələrin məlumatına görə, hesabat formatındakı bu dəyişiklik aprel ayında əldə olunmuş atəşkəs razılaşması ilə əlaqədardır. "Göstərilən tarixdən (7 iyul) bəri yaralanan əsgərlərin rəsmi sayı hazırda 207 nəfər təşkil edir, beləliklə, münaqişənin əvvəlindən ümumi rəqəm 624-ə çatıb", - deyə məlumatda qeyd olunur.
Mənbə
oxu.az