Digər
Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
Mediada fərqli açıqlamalar verən amerikalılar son vaxtlar vasitəçilərlə təkliflər irəli sürüblər. Lakin onlar başa düşməlidirlər ki, vaxtı uzatmaq və birtərəfli tələbləri diktə etmək dövrü başa çatıb.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.
“Mövqeyimiz aydındır: İslamabad Memorandumunda nəzərdə tutulan yeddi şərtimiz yerinə yetirilməyənədək Hörmüz boğazı yenidən açılmayacaq.
İran öz siyasətini və milli təhlükəsizliyini amerikalı rəsmilərin tvitləri və gündəlik müsahibələri əsasında müəyyən etmir.
Biz ritorikaya və mediada yaradılan saxta ikiliklərə deyil, düşmənin real davranışlarına əsasən hərəkət edirik”, - o bildirib.
Mənbə
axar.az