Cəmiyyət

"Ağdam məscidinə işıq verəndə ağladım" - Vətən müharibəsinin görünməyən qəhrəmanının hekayəsi - Video

04 Oct 2026, 12:00 4 baxış
"Ağdam məscidinə işıq verəndə ağladım" - Vətən müharibəsinin görünməyən qəhrəmanının hekayəsi - Video
27 sentyabr 2020-ci il Azərbaycanın tarixində heç vaxt unudulmayacaq günlərdən biridir. Məhz bu tarixdə Vətən müharibəsi başlayıb və həmin gündən etibarən 44 gün ərzində ordumuz torpaqlarımızı işğaldan azad edib. Müharibənin gedişatında böyük əməyi olan insanların içərisində elektriklərimiz də yer alır. Onlar müharibə ərəfəsində müxtəlif istiqamətlərdə elektrik xətlərinin çəkilişində iştirak ediblər. Elektriklərimizin əməyi sayəsində işıqlar yanıb, evlərə və kəndlərə həyat yenidən qayıdıb. Bu dəfə həmin günə tarixi anları yaşayan elektriklərin gözü ilə baxdıq. Oxu.Az müharibə ərəfəsində Qarabağda elektrik xətlərinin çəkilişində iştirak edən Ağdam Elektrik Şəbəkəsinin aparıcı mühəndisi Səyyad İsmayılovla həmsöhbət olub. Müsahibimiz bildirib ki, müharibə ərəfəsində hərbçilərin elektrik enerjisi və su ilə təmin olunması üçün briqadalar çalışıblar. Ağdam məscidinə ilk dəfə işıq verdiyi anlardan bəhs edən Səyyad İsmayılov həmin an sevincindən ağladığını söyləyib. O qeyd edib ki, bu hissi sözlə ifadə etmək mümkün deyil. Aparıcı mühəndis elektrik xətlərinin çəkilişi zamanı yaşanan çətinliklərdən və bu prosesin necə irəlilədiyindən də danışıb. Ətraflı videomüsahibəni təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər