Digər
Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək
Ermənistan yeni Ukraynaya çevrilə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Ermənistanın hazırkı rəhbərliyi ölkənin inkişaf trayektoriyasını dəyişməyi düzgün hesab etdi. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni bir Ukraynaya çevrilməsidir”, - Medvedyev bildirib.
Qeyd edək ki, Dmitri Medvedyev müəyyən dövlətlərin hazırda Cənubi Qafqazda vəziyyəti qarışdırmağa çalışdıqlarını demişdi.
Mənbə
axar.az