Cəmiyyət

Bakıda küləyin sürəti 28 m/s-dək gücləndi

27 Jul 2026, 10:09 20 baxış
Bakıda küləyin sürəti 28 m/s-dək gücləndi

Azərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.


Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.


Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.

Mənbə axar.az

Oxşar Xəbərlər