Cəmiyyət

Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində GECİKMƏ - SƏBƏB AÇIQLANDI

27 Jul 2026, 09:45 1 baxış
Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində GECİKMƏ - SƏBƏB AÇIQLANDI
Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yaranan yubanmaya səbəb elektrik enerjisi təchizatında baş verən kəsinti olub Bu məlumatı Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə (QSC) əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
"Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisi təchizatında yaranmış kəsintiyə görə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr qeydə alınıb. Hazırda qatarlar qrafikə uyğun hərəkətini davam etdirir", - deyə B.Hacıyev bildirib. Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb. Oxu.Az xəbər verir ki, bununla bağlı redaksiyanın qaynar xəttinə məlumat daxil olub. Sərnişinlərin sözlərinə görə, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub. "Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzilbaşına gec çatacağı bildirildi", - deyə müraciətdə qeyd olunub.
Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində GECİKMƏ - SƏBƏB AÇIQLANDI Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində GECİKMƏ - SƏBƏB AÇIQLANDI
Mənbə oxu.az

Oxşar Xəbərlər