Digər
Bu adada həyatı dözülməz etməliyik - Medvedyev
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemin Ukraynaya dəstəklə bağlı bəyanatları Rusiya üçün heç bir yenilik daşımır.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
"Britaniyanın yeni Baş naziri Börnem Ukraynaya sarsılmaz dəstəyini bəyan edib. Əlbəttə, burada yeni heç nə yoxdur. Əsas məsələ budur: bizim məqsədimiz hələ ki, suya qərq olmamış bu adada həyatı mümkün qədər dözülməz etməyə davam etməkdir. Burada hər vasitə yarayır: iqtisadi böhranlar, sosial sarsıntılar, hətta zibil yığanların tətili belə. İstənilən vasitə yararlıdır. Baxmayaraq ki, ən uyğun variant yenə də "Poseydon" kompleksidir", - o bildirib.
Mənbə
axar.az