Cəmiyyət

Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina - Foto

27 Jul 2026, 09:51 3 baxış
Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədov Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırır.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli çıxış edib.


O qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir:


“Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”.


Qeyd edək ki, bir qədər əvvəl S.Məmmədovun Almaniyada 24 hektar torpaq sahəsi aldığı iddia edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər