Digər

İran Kiyevə zərbə endirə bilər

27 Jul 2026, 00:16 3 baxış
İran Kiyevə zərbə endirə bilər

İran PUA və ya raketlərlə Ukraynanın paytaxtı Kiyevə zərbə endirə bilər.


Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.


Telekanal vurğulayıb ki, İranın Kiyevə zərbə endirməsi mümkündür, belə ki, Kiyev və Tehran arasındakı məsafə 2000 kilometrdən (1240 mil) azdır:


"Bu isə İranın PUA və raketlərinin qət edə biləcəyi məsafədir".


Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, İranın hərbi gəmisinə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.


Daha sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər