Digər

Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? - VİDEO

27 Jul 2026, 00:00 1 baxış
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? - VİDEO
1742-ci ildə Qacar tayfasının nüfuzlu ailəsində dünyaya gələn Ağa Məhəmməd şah Qacar Nadir şahın ölümündən sonra parçalanmış ölkəni və Azərbaycan xanlıqlarını vahid hakimiyyət altında birləşdirməyi qarşısına əsas məqsəd qoymuşdu. Onun uşaqlıqda Adil şahın əmri ilə cəzalandırılması, döyüş zamanı ağır yaralanması və ya Zəki xan Zəndin qızı ilə gizli sevgi münasibətinə görə xacə edilməsi barədə müxtəlif versiyalar mövcud olsa da, bu hadisənin əsl səbəbi tarixçilər arasında hələ də mübahisə doğurur. Bununla bağlı Baku TV-nin "Ağa Məhəmməd şah Qacar" sənədli filmi təqdim olunub.

Düşmənləri xacəliyin onun şahlıq yolunda keçilməz əngələ çevriləcəyini düşünsələr də, Ağa Məhəmməd şah əsirlik illərində elm, tarix, riyaziyyat və hərbi biliklərini artıraraq azadlığa çıxdıqdan sonra qısa müddətdə güclü ordu yaratdı. O, cənub xanlıqlarını əsasən döyüşsüz özünə tabe etdi, Şimali Azərbaycan xanlıqlarının böyük hissəsini birləşdirdi, Tiflisi ələ keçirdi, Tehranı paytaxt seçdi və Şah İsmayıl Xətainin qılıncını belinə bağlamaqla özünü Səfəvi dövlətçilik ənənəsinin davamçısı kimi təqdim etdi. 1797-ci ildə Şuşada şəxsi xidmətçiləri tərəfindən yatağında öldürülən şahın başı əvvəlcə İbrahimxəlil xana, daha sonra Gürcüstan hakiminə göndərilmiş, cəsədi isə Tehrana aparılaraq Fətəli şahın əmri ilə Nəcəfdə dəfn olunmuşdu. Beləliklə, cəsədinin iki yerə bölünməsi kimi faciəli sonluq yaşayan Ağa Məhəmməd şah Qacar tarixdə bir tərəfdən sərt və amansız hökmdar, digər tərəfdən isə parçalanmış Azərbaycan torpaqlarını vahid dövlət ətrafında birləşdirməyə çalışan qüdrətli sərkərdə kimi qaldı.
Mənbə oxu.az

Oxşar Xəbərlər