Cəmiyyət

Restoranlarda depozit tələbi bəzi hallarda qanunsuz sayıla bilər - Qanun nə deyir? - VİDEO

25 Jul 2026, 05:00 2 baxış
Restoranlarda depozit tələbi bəzi hallarda qanunsuz sayıla bilər - Qanun nə deyir? - VİDEO
Restoranlarda depozit tələbi sifarişin həcmindən asılı olmayaraq müəssisənin əvvəlcədən müəyyən etdiyi məbləğ əsasında tətbiq olunur. Oxu.Az-ın "Qanun nə deyir" rubrikasının bugünkü mövzusu depozitin qanuni olub-olmaması ilə bağlıdır. Sözügedən məsələni tənzimləyən müddəa Azərbaycan qanunvericiliyində yoxdur. Lakin bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları çərçivəsində tənzimlənir.

Mülki Məcəllənin müvafiq maddəsinə görə, fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda (şifahi razılaşma - red) sərbəstdirlər. Onlar qanunvericiliyə zidd olmayan istənilən şərtləri müqavilədə müəyyən edə bilərlər. Bu o deməkdir ki, restoran və müştəri masa sifarişi zamanı əvvəlcədən depozit ödənilməsi barədə razılığa gəlirlər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, istehlakçıya xidmət barədə tam və düzgün məlumat verilməlidir. Buna görə də restoran depozitin məbləği, hansı hallarda geri qaytarılacağı və ya qaytarılmayacağı barədə müştərini əvvəlcədən məlumatlandırmalıdır. Əgər depozitin qaytarılmaması və ya digər şərtlər əvvəlcədən bildirilməyibsə və sonradan tətbiq edilirsə, bu, istehlakçının məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər